Putinə görə Zelenskinin əsas rəqibi ODUR
25 Fevral 2025 15:20 DünyaMəlumatlara görə, Zelenskinin reytinqi onun seçkilərdəki potensial rəqibi Zalujnıdan (Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri - red.) iki dəfə aşağıdır.
Olaylar.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq.
Putinin fikrincə, Zelenskinin seçkini qazanmaq şansı sıfırdır:
"Zelenski danışıqlardan yayınır, çünki bu, Ukraynada hərbi vəziyyətin ləğvinə və seçkilərə gətirib çıxaracaq". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31