BMT-də səsvermə: ABŞ və Rusiya eyni mövqedə– ÖZƏL

Olaylar.az xəbər verir ki, BMT-də Ukrayna ilə bağlı səsvermə gözlənilməz nəticələrlə yadda qalıb. Rusiya ilə yanaşı ABŞ da qərb ölkələrinin təqdim etdiyi qətnamənin əleyhinə səs verib. Serbiya isə qətnaməni dəstəkləsə də, sonradan bunun "səhv" olduğunu etiraf edib.

Səsvermənin nəticələri Qərbdə çaşqınlıq yaradıb. Böyük Britaniya və Fransa ABŞ-nin mövqeyinə təəccüblənib, Ukraynada isə buna sərt reaksiya verilib.

BMT Təhlükəsizlik Şurası isə ABŞ-ın təqdim etdiyi daha neytral qətnaməni qəbul edib. İlk dəfə Rusiya və ABŞ birlikdə səs verdi, Fransa və Böyük Britaniya isə bitərəf qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31