Avropa “gizli silahı”nı işə sala bilər: Kartlar açılır, Putin-Tramp “birliyi” təhlükədə
14:19 DünyaAvropa İttifaqının (Aİ) 200 milyard avro dəyərində "gizli silahı" var.
Olaylar.az xəbər verir ki, bu barədə "Politiko" nəşrinin məlumatında qeyd olunub.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda bütün kartları əlində saxlamağa çalışsa da, Brüsseldə buna qarşı hazırlıqlar gedir:
"Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərinə əl qoya bilərlər. Bu, Brüsseldə yerləşən maliyyə təşkilatında saxlanılır və üzərinə faizlər gəlir. ABŞ isə cəmi 5 milyard dollara sahibdir. Aktivlərin müsadirəsi Avropaya masa arxasında güc qazandıracaq. Həmçinin Trampın müharibəni dayandırmaq tələblərinə müqavimət göstərməyə imkan verəcək".
Nəşr qeyd edib ki, Rusiyanın qonşuları olan Baltikyanı və Skandinaviya ölkələri hesab edirlər ki, pul dərhal Ukraynaya verilməlidir. Bu mövqe Polşa, Çexiya və Estoniya tərəfindən dəstəklənir .
Adı açıqlanmayan Aİ diplomatı isə bu prosesin müəyyən çətinliklər yarada biləcəyini deyib:
"Aktivlər Kiyevə verilsə, Brüsselin əlindən çıxacaq və ondan razılaşma vasitəsi kimi istifadə edə bilməyəcəklər. Lakin Rusiya sözügedən aktivləri almaq istəsə, bunun müqabilində nəsə verməlidir. Yəni Aİ-nin Kreml üzərində əlavə təsir imkanları var".