Vladimir Putin: "Rusiya Ukrayna dövlətçiliyinin qorunmasına qarşı deyil" – ÖZƏL

Rusiya Ukrayna dövlətçiliyinin qorunmasına etiraz etmir, lakin Ukrayna Rusiya Federasiyasına qarşı hərbi baza kimi istifadə olunmamalıdır. 

Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Putinin sözlərinə görə, Rusiya Kiyev rejiminin əleyhdarı kimi Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətdə qalmasında maraqlı ola bilər, lakin dövlətçiliyin parçalanması Ukraynanın maraqlarına uyğun deyil.

Rusiya lideri həmçinin qeyd edib ki, Moskva Ukrayna məsələsinin həllində Avropa İttifaqının iştirakına qarşı deyil, lakin BRICS və digər ölkələrin mövqeyini də vacib hesab edir. Onun sözlərinə görə, Aİ-nin danışıqlara cəlb olunması lazım gələ bilər, lakin Avropa heç bir tələb irəli sürə bilməz.

Putin vurğulayıb ki, Rusiya münaqişənin mümkün qədər tez həllini istəyir, lakin bu yolda əsas maneə kimi Zelenskini görür.

"Ukraynada xalqın etimadını qazanacaq insanların hakimiyyətə gəlməsi lazımdır ki, ölkə nəhayət dost və qonşu dövlətə çevrilsin", - deyə o bildirib.

Rusiya lideri əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampla hələ ki, münaqişənin həlli ilə bağlı konkret müzakirələr aparılmayıb. O qeyd edib ki, gələcəkdə Rusiya ilə ABŞ arasında mümkün görüşlər əsasən ikitərəfli münasibətlərə həsr olunacaq.

Bundan əlavə, Putin Rusiya və ABŞ-ın müdafiə xərclərini 50 faiz azaltması perspektivini "əla ideya" kimi dəyərləndirib. Bu barədə Rusiya xəbər agentlikləri TASS və RİA Novosti məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31