Aİ və Britaniya müdafiə xərclərinin birgə maliyyələşdirilməsini müzakirə edəcək– ÖZƏL
25 Fevral 2025 11:50 DünyaOlaylar.az xəbər verir ki, G20 sammiti çərçivəsində Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ilə müdafiə sahəsində birgə maliyyələşdirmə barədə razılaşmaları müzakirə edəcəklər. Financial Times qəzeti Britaniya Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu çərçivədə "yenidən silahlanma bankı"nın yaradılması məsələsi də gündəmdə ola bilər.
Polşanın maliyyə naziri Andjey Yan Domanski bildirib ki, Londonla bu mövzuda müzakirələr bir neçə aydır davam edir. Britaniya hökumətinin məlumatına görə, danışıqlar hələ ilkin mərhələdədir. Digər bir mənbə isə kollektiv müdafiə xərclərinin Böyük Britaniyanın baş naziri Kir Starmer, Norveçin hökumət başçısı Yonas Störe və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında keçən həftə sonu müzakirə edildiyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Kiyev Avropadan Ukraynanın bərpası üçün 500 milyard avro maliyyə yardımı istəyib.