Aİ Şurasının rəhbəri: Ukraynadan təbii resurslar tələb olunmayacaq– ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta bildirib ki, Aİ Ukraynaya göstərilən dəstəyə görə ondan təbii sərvətlərin verilməsini tələb etməyəcək. Onun sözlərinə görə, son üç ildə Kiyevə edilən maliyyə yardımı sırf Ukrayna xalqının maraqları və Avropanın təhlükəsizliyinin gücləndirilməsi üçün olub.

Koşta vurğulayıb ki, Aİ üzv ölkələri Ukraynadan təbii resursların qarşılıq olaraq verilməsini tələb etməyəcək. O, həmçinin Kiyev və Vaşinqton arasında nadir torpaq elementləri ilə bağlı razılaşmaları şərh edərək Ukraynanın suveren dövlət olduğunu və beynəlxalq danışıqlar aparmaq hüququna malik olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-yə nadir torpaq elementləri sahəsində əməkdaşlıq təklif etdiklərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31