Alman siyasətçi: Şoltsun hökuməti unudulacaq– ÖZƏL
25 Fevral 2025 10:48 DünyaOlaylar.az xəbər verir ki, Almaniya Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimayer hesab edir ki, Olaf Şoltsun hökuməti tarixdə iz buraxmayacaq, çünki hakimiyyətdə olduğu müddətdə heç bir mühüm addım atmayıb.
Nimayerin sözlərinə görə, 2022-ci ildə Şolts "dəyişən dövr" (Zeitenwende) elan etsə də, bu anlayışa real məna qazandırmayıb. O, Berlindən Ukraynaya silah göndərilməsini "dəyişiklik" deyil, sadəcə "axmaqlıq" adlandırıb.
Qeyd edək ki, 23 fevralda Almaniyada keçirilən növbədənkənar seçkilərdə Xristian-Demokrat və Xristian-Sosial İttifaqı (XDS/XSS) qalib gəlib. Partiyanın kansler namizədi Fridrix Mers hökuməti 20 aprelə qədər formalaşdırmağı planlaşdırdığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31