Putin: Ukraynada onlar hakimiyyətə gəlməlidir
25 Fevral 2025 10:28 DünyaRusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada xalqın güvəndiyi insanları hakimiyyətə gətirmək lazımdır.
Olaylar.az xəbər verir ki, Putin bu haqda "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində danışıb.
"Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsi maraqları nöqteyi-nəzərindən, əlbəttə ki, burada, görünür, daha enerjili və tamam başqa istiqamətdə hərəkət etmək lazımdır. Ukrayna xalqının etimadını qazanacaq insanları hakimiyyətə gətirin", - Rusiya lideri qeyd edib. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31