Puşkov: Ukrayna münaqişəsinin bitməsi Aİ-nin parçalanmasına səbəb ola bilər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya senatoru Aleksey Puşkov hesab edir ki, Ukrayna münaqişəsinin başa çatması Avropa İttifaqının zəifləməsinə və hətta parçalanmasına gətirib çıxara bilər.

Onun sözlərinə görə, Avropa ölkələri "Ukrayna sindromu" ilə üzləşəcək və bəzi dövlətlər Aİ-dən ayrılmağa meyilli olacaq. Puşkov bildirib ki, Avropa liderləri Kiyevin məğlubiyyətini görməməzliyə vuraraq xalqlarının maraqlarına zidd addımlar atırlar.

Daha əvvəl rusiyalı deputat Mixail Şeremet Fransa prezidenti Emmanuel Makronun "Napoleon olmaq istəyinin" Aİ-nin parçalanma prosesini sürətləndirdiyini demişdi. Eks-deputat Vladimir Oleynik isə ABŞ prezidenti Donald Trampın Avropa İttifaqını zəiflətməyə çalışdığını iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31