Ekspert: ABŞ Ukrayna ilə resurs anlaşmasından qazanc əldə etməyəcək– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru, professor Konstantin Simonovun sözlərinə görə, Ukraynada kommersiya baxımından sərfəli nadir torpaq elementləri ehtiyatları yoxdur. O bildirib ki, Ukraynanın böyük resurs yataqları olması ilə bağlı iddialar əsasən siyasi məqsədlərlə gündəmə gətirilir.

Simonov Amerika Geoloji Assosiasiyasının məlumatlarına istinad edərək Ukraynada nə nadir torpaq elementlərinin, nə də litiumun ciddi iqtisadi potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkədə yalnız lokal titan və nikel yataqları var, lakin ABŞ-nin bu anlaşmadan böyük qazanc əldə edəcəyini düşünmək məntiqsizdir.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna ilə mədən sənayesi sahəsində razılaşma imzalanacağına ümid etdiyini bildirmişdi. O, həmçinin Rusiya ilə nadir torpaq elementləri üzrə əməkdaşlığa maraq göstərdiyini bəyan etmiş, prezident Vladimir Putin isə bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31