Böyük Britaniya Rusiyanın G7-yə qayıdışını mümkün sayır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Böyük Britaniyanın daxili işlər nazirinin müavini Times Radio-ya müsahibəsində bildirib ki, Rusiya Federasiyasının G7-yə qayıdışı mümkün ola bilər və bununla da qurum yenidən G8-ə çevrilə bilər.

O vurğulayıb ki, bu məsələ beynəlxalq tərəfdaşlarla müzakirə olunacaq və yalnız Ukraynadakı münaqişə həll edildikdən sonra gündəmə gələ bilər.

Britaniya baş naziri Kir Starmerin bu məsələni ABŞ prezidenti Donald Trampla müzakirə edəcəyi gözlənilir. Jurnalistlərin məlumatına görə, Starmer, həmçinin Kiyevin münaqişənin həlli ilə bağlı danışıqlarda iştirakını dəstəkləyəcək.

Qeyd edək ki, daha əvvəl Donald Tramp Rusiyanın G7-yə qaytarılmasını istəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31