Türkiyənin Egey dənizi sahillərində zəlzələ olub
16:37 DünyaTürkiyənin Egey dənizi sahillərində güclü zəlzələ qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Seysmik hadisə yerli vaxtla 14:33 də baş verib və 4,4 bal gücündə olub.
Məlumata görə, zəlzələnin episentri Egey dənizində, yeraltı ocağı (hiposentri) isə 7 kilometr dərinlikdə olub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31