Qrin Zelenskinin istefasını tələb edir– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqres üzvü Marjori Teylor Qrin Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını və azad seçkilərin keçirilməsini tələb edib. O, Vaşinqtonun artıq Kiyevin hərbi fəaliyyətlərini maliyyələşdirmək niyyətində olmadığını bildirib.

Zelenskinin səlahiyyət müddəti 20 may 2024-cü ildə başa çatsa da, hərbi vəziyyət səbəbindən seçkilər ləğv edilib. O, yalnız Ukraynanın təhlükəsizlik zəmanəti və ya NATO üzvlüyü əldə etməsi şərti ilə istefaya hazır olduğunu vurğulayıb.

Qrin-in bəyanatı ABŞ-nin siyasi dairələrində Zelenskiyə artan narazılığı əks etdirir və Kiyev-Vaşinqton münasibətlərinə təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31