Almaniya ABŞ-dan asılılığını azalda biləcəkmi?– ÖZƏL
24 Fevral 2025 15:21 DünyaOlaylar.az xəbər verir ki, Almaniyada keçirilən növbədənkənar seçkilərdə Xristian-Demokratik İttifaqı (XDS) və Xristian-Sosial İttifaqı (XSİ) blokunun qələbəsi ölkənin xarici siyasətində dəyişikliklərə gətirib çıxara bilər. Lakin Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepanın fikrincə, Almaniya ABŞ-nin təsirindən tamamilə çıxa bilməyəcək.
Onun sözlərinə görə, Almaniya və ABŞ arasındakı güclü ticarət-iqtisadi əlaqələr Berlini Vaşinqtonun mövqeyini nəzərə almağa vadar edir. Seçkilərdə qalib gələn blokun lideri Fridrix Mers Almaniyanın ABŞ-dən müstəqil siyasət yürütmək niyyətində olduğunu bildirsə də, bu asılılığı qısa müddətdə azaltmaq çətin görünür.
Bununla yanaşı, Mers Almaniyanın gələcəkdə Rusiya ilə münasibətləri bərpa etməli olacağını da vurğulayıb. O hesab edir ki, Moskva tarixi və mədəni baxımdan Avropanın bir hissəsidir və Almaniya üçün onunla dialoqu davam etdirmək vacibdir.