Tramp Zelenskini seçim qarşısında qoyur– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini ölkənin yeraltı sərvətləri və infrastrukturunu Vaşinqtona verməyə məcbur edəcək. Əks halda, bu sazişi başqası imzalayacaq.

Ağ Ev fevralda Kiyevə təklif edib ki, ABŞ-nin hərbi və maliyyə yardımlarının əvəzində Ukraynanın təbii sərvətlərinin 50%-i ABŞ-yə keçsin. Zelenski bu təklifi rədd edərək təhlükəsizlik zəmanətlərinin olmadığını bildirib. Financial Times Zelenskinin ABŞ-nin maliyyə naziri Skott Bessentlə mübahisə etdiyini yazır.

Bundan sonra Tramp Zelenskini "diktator" adlandırıb və şərtləri sərtləşdirib. Yeni sənədə görə, Ukrayna 500 milyard dollar borcu ödəməyənə qədər resurslardan gələn gəlirlər ABŞ nəzarətində olacaq. Zelenski bunu da rədd edib və yardımları dövlət borcu kimi qəbul etmədiyini bildirib.

Politoloq Marat Bəşirova görə, Tramp Ukraynanın ABŞ-yə olan borcunu ya tanımasını, ya da aktivlərlə ödəməsini tələb edir. Əks halda, borcun həcmi daha da artacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31