Ukraynanın gələcəyi: ABŞ və Avropanın maraqları arasında sıxışmış taleyi– ÖZƏL
14:08 Dünya"Hadisələrin gedişi göstərir ki, Ukraynanın gələcək taleyi böyük şübhə altındadır. Çünki bu gedişlə biz ərazilərinin iyirmu faizi Rusiya işğalı altında qalacaq, təbii sərvətləri isə ABŞ və Avropa arasında bölüşdürülmüş bir Ukrayna görəcəyik. Çünki indiki mərhələdə ABŞ və Avropanın əsas oyunçularının tək istəyi Ukraynanın təbii sərvətlərindən pay almağa hesablanıb.
ABŞ-dan fərqli olaraq Avropa İttifaqı və Böyük Britaniya Ukraynaya dəstəyin davam etdirilməs istiqamətində addımlar atmağa hazır olduğunu bəyan etsə də əsas məsələnin Ukraynanın ərazi bütövlüyü olmadığı ortadadır. Sadəcə Avropa danışıqlar masasında kənarda qaldığını gördüyü üçün və Ukraynanın da fakt qarşısında qalaraq gec-tez ABŞ-ın şərtlərini qəbul edəcəyini düşündükləri üçün indi əl-ayağa düşüblər".
Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Ən çox canfəşanlıq edən Makronu da Ukraynanın işğal altında qalacaq ərazilərindən daha çox öz maraqlarını hansı yolla təmin etmək düşündürür. Üç ildr davam edən müharibə fonunda Ukraynaya yardım səviyyəsinə görə ilk onluqda belə yer almayan Fransanın indi birdən birə bu şəkildə Ukrayna sevgisi ortaya qoymasının da arxasında öz maraqları dayanır. Bu maraqları təkbaşına təmin etməyin mümkünsüzlüyünü bildiyi üçün bütün Avropa İttifaqını və ittifaqda olmayan Böyük Britaniyanı da prosseslərdə aktiv olmağa çağırışlar edir.
Amma reallıq ortadadır. ABŞ-ın Ukraynaya dəstəyini kəsməsi fonunda Avropanın təkbaşına bu dəstəyi davam etdirməsi faktiki olaraq mümkünsüz görünür. İndi hər kəs dəstək əvəzinə nəsə istəyir. Ukrayna isə müvafiq tələbləri, yəni həm Aİ ölkələrinin, həm də ABŞ-ın təbii sərvətlərdən pay istəməsini Ukraynaya təhlükəsizlik zəmanəti veriləcəyi halda mümkün ola biləcəyini deyib.
Düşünürəm ki, gec-tez istəklərinə də nail olacaqlar. Onlar indiyə qədər verdikləri dəstək fonunda və bundan sonra da Ukraynanın bərpasına xərclənəcək vəsait əvəzinə müvafiq sazişlərin imzlaanmasına nail ola biləcəklər. Yox əgər Zelenski bundan imtina edəcəksə o zaman seçkilər məsələsi gündəmə gələcək.
Düşünürəm ki, Ukrayna üçün bu şərtlər daxilində hansısa sazişin imzalanması baş tutacaq. Amma bunun Zelenski olmadan baş tutacağı ehtimalı kifayət qədər yüksəkdir. Zelenski son anda Ukrayna maraqları nəzərə alınmayacaq sazişi imzalamaqdan imtina edərək istefaya gedə və məsuliyyəti öz üzrəindən ata bilər. Amma nə olur-olsun Ukraynanın əvvəldən də deyildiyi kimi qurban olduğu ortadadır".
Zeynəb Rzayeva