Zaxarova: Marseldəki Rusiya Konsulluğundakı partlayışlar terror aktıdır– ÖZƏL
24 Fevral 2025 13:14 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Marsel şəhərindəki Rusiya Baş Konsulluğu ərazisində baş verən partlayışları şərh edib. Onun sözlərinə görə, bu partlayışlar terror aktı əlamətlərini daşıyır.
"Fransadakı Rusiya konsulluğu ərazisindəki partlayışların hamısı terror aktı əlamətlərini daşıyır," - Zaxarovanı RIA Novosti sitat gətirir.
BFM TV kanalı bildirib ki, bazar ertəsi səhər "Rusiya konsulluğuna yaxın" ərazidə partlayışlar baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanları və təxminən 30 yanğınsöndürən cəlb olunub. Baş vermiş hadisənin detalları araşdırılır.
Sonradan telekanal açıqlayıb ki, xəsarət alan yoxdur. Təsdiqlənməmiş məlumata görə, naməlum şəxslər konsulluğun ərazisindəki bağa iki yanıcı qarışıq ilə dolu qab atıblar.