Rusiyanın Fransadakı konsulluğunda partlayış baş verdi

Rusiyanın Marseldəki (Fransa) konsulluğu yaxınlığında partlayışın baş verdiyi ehtimal edilir.

Olaylar.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib.

KİV qeyd edir ki, naməlum şəxslər konsulluğun ərazisindəki bağçaya içərisində yandırıcı qarışıq olan iki butulka atıblar. Hadisə yerinin yaxınlığında oğurlanmış avtomobil tapılıb. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31