ABŞ-dən dəstək: Avropa İttifaqı Ukraynaya yeni hərbi yardım paketi təhvil verməyə hazırdır – ÖZƏL

Avropa İttifaqı (Aİ) üzv ölkələrinin xarici işlər nazirləri, bu gün Ukraynaya yeni hərbi yardım paketini təqdim etməyə hazırlanırlar.

Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaja Kallas məlumat verib.

Kallas bildirib ki, "Biz 16-cı sanksiya paketini müzakirə edirik və ümid edirik ki, onu qəbul edə biləcəyik. Bu paket [qadağalar] daxil olan oyun konsollarından kölgə donanmasına qədər müxtəlif aspektləri əhatə edir. Eyni zamanda, Ukraynanı qısa müddət ərzində amunisiya imkanları ilə dəstəkləmək üçün yeni müdafiə təşəbbüsü irəli sürmüşük". O həmçinin, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin indidən Kiyevdə olduğunu qeyd edib.

Kallas Aİ liderlərinin təcili sammitində yeni hərbi təşəbbüslərin müzakirə ediləcəyini də əlavə edib.

Bu gün Brüsseldə toplanan Aİ xarici işlər nazirləri, Rusiyaya qarşı 16-cı sanksiya paketini təsdiqləməyi planlaşdırır. Eyni zamanda, onlar Riyadda ABŞ və Rusiya arasında keçirilmiş danışıqları, Ukraynaya göstəriləcək hərbi yardımın artırılmasını və Suriya ilə bağlı sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəklər.

Fevralın 21-də, Avropa Müdafiə və Kosmos Komissarı Andrius Kubilius, von der Leyenin fevralın 24-də Kiyevə səfəri zamanı Ukraynaya yeni Avropa yardım paketinin təqdim olunacağını, bu paketinin yüz milyonlarla avro dəyərində ola biləcəyini bildirmişdi.

Avropa mətbuatında yayılan xəbərlərə görə, Aİ ölkələrinin Ukraynaya 700 milyard avro dəyərində yardım paketini təsdiqləyə biləcəyi ehtimal olunur. Bu məlumatlar, yeni ABŞ administrasiyasının münaqişənin mümkün qədər tez həll olunması, Ukraynanın NATO-ya daxil olmaması və Kiyevə indiyə qədər təqdim edilən ABŞ hərbi yardımlarının əvəzlənməsini tələb etməsindən sonra ortaya çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31