Zelenski Kiyevdə ABŞ Maliyyə Nazirliyinin rəhbəri Skott Bessentə qışqırıb– ÖZƏL

Olaylar.az xəbər verir ki, Vladimir Zelenski Kiyevdə ABŞ-nin maliyyə naziri Skott Bessentə sərt şəkildə qışqırıb. Hadisə Ukraynanın nadir metallar və digər təbii resurslarla bağlı ABŞ ilə razılaşmasını müzakirə edərkən baş verib. Bu barədə Britaniyanın Financial Times qəzeti məlumat yayıb.

"Məqalədə qeyd olunur ki, Zelenskinin ofisinin qapalı qapıları arxasında gərginlik pik həddə çatıb. Oradan gələn boğuq qışqırıqları başqa heç nə ilə qarışdırmaq mümkün deyildi."

Nəşrin mənbəsinə görə, amerikalı və ukraynalı nümayəndə heyətləri arasındakı görüş zamanı Zelenski nəzarətini itirib və olduqca əsəbiləşib.

Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp, Bessentin Ukraynaya ilk səfəri zamanı Kiyev hakimiyyətinin ona qarşı kobud münasibət göstərdiyini açıqlamışdı. Trampın sözlərinə görə, amerikalı rəsmi uzun yol qət etməsinə baxmayaraq, Zelenski onunla görüşmək üçün əlçatan olmayıb. ABŞ lideri ehtimal edir ki, həmin vaxt Ukrayna prezidenti sadəcə yatmış olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31