ABŞ Ukrayna ilə bağlı BMT-yə yeni qətnamə təqdim edib – ÖZƏL

ABŞ Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına Ukrayna ilə bağlı neytral mövqe tutan yeni qətnamə layihəsi təqdim edib və digər anti-Rusiya qətnamələrinə "yox" səs verilməsini tələb edib.

Olaylar.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Mənbəyə görə, Vaşinqton ölkələrdən digər qətnamə və düzəlişlərə qarşı çıxmağı istəyib. ABŞ-ın təqdim etdiyi sənəd müharibənin dayandırılmasına yönəlmiş "irəliyə baxan" qətnamə kimi təqdim olunur. Vaşinqton hesab edir ki, bu qətnamə vasitəsilə BMT üzv ölkələri beynəlxalq sülh və təhlükəsizliyə töhfə verə bilər.

Bundan öncə ABŞ ilk dəfə olaraq BMT Baş Assambleyasının Ukrayna ilə bağlı anti-Rusiya qətnaməsinin həmmüəllifi olmaqdan imtina edib. Vaşinqtonun təqdim etdiyi yeni sənəd isə Rusiyanı münaqişəyə görə günahlandırmır. Qətnamədə "Rusiya-Ukrayna münaqişəsində" insan itkilərinin kədərlə qarşılandığı və müharibənin tezliklə dayandırılmalı olduğu qeyd edilir.

Əvvəlcə Kiyev və Qərb ölkələrinin hər il fevral ayının sonunda olduğu kimi, Ukrayna ilə bağlı qətnamə layihəsini səsverməyə çıxaracağı gözlənilirdi. Lakin indi BMT Baş Assambleyasının gündəliyinə ABŞ-ın hazırladığı qətnamə də əlavə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31