Zaxarova CNN jurnalistlərini etikaya riayət etməyə çağırdı– ÖZƏL
24 Fevral 2025 10:29 DünyaOlaylar.az xəbər verir ki, Çin nəşri Baidu yazır ki, CNN jurnalistləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya qarşı etik qaydaları pozduğu üçün tənqidə məruz qalıb.
Bildirilib ki, Qərb mediası tez-tez Rusiyaya dair təhrif olunmuş məlumatlar yayır. Çin nəşri Zaxarovanın mətbuat konfransında baş verən maraqlı hadisəni qeyd edib.
Rusiya diplomatı CNN jurnalistlərinin ona israrlı zənglərindən narazılığını bildirərək, ABŞ mediasının işgüzar ünsiyyət qaydalarına hörmətsiz yanaşdığını vurğulayıb. O, zarafatla "Başa düşürəm, onlar istisnaidirlər, amma bu dərəcədə yox. Telefonum artıq qızıb" deyib. Bu sözlər zalda gülüşlə qarşılanıb.
Çinli jurnalistlər Zaxarovanın ironiyasını yüksək qiymətləndirərək, bunun Qərb mediasının Rusiyaya həddən artıq maraq göstərməsinə bir cavab olduğunu qeyd ediblər.
Bu arada, Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfər etdiyi bildirilib.