Almaniya Ukraynaya qoşun yeridəcək? – Yeni kansler açıqladı

Hazırda Ukraynaya hərbçilərin göndərilməsi məsələsi gündəmdə deyil.

Olaylar.az xəbər verir ki, bunu fevralın 23-də Xristian Demokrat İttifaqından Almaniya kansleri seçilən Fridrix Mertz deyib.

O qeyd edib ki, Almaniya üçün prioritet Avropanın Kiyevi necə dəstəkləməsidir:

"Çünki bu, hələ həllini tapmayıb. Ukraynaya qoşun yeridilməsi ilə bağlı məsələyə isə kansler Olaf Şolts kimi yanaşıram".

Mertz həmçinin partiyasının 23 fevral seçkilərində qalib gəldiyini söyləyərək , indi mümkün qədər tez işləyə bilən koalisiyanın yaradılmasının vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31