Qəzzada 15 ay sonra ilk məktəb açıldı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Qətər mərkəzli "Al Jazeera" telekanalının məlumatına görə, 15 aylıq fasilədən sonra Qəzza zolağında ilk məktəb yenidən fəaliyyətə başlayıb.

Məlumata əsasən, Qəzza şəhərində yerləşən məktəbdə 300-dən çox uşaq dərslərə qatılıb. Məktəbin açılması Qəzzada hazırda qüvvədə olan atəşkəs şəraitində baş verib.

"Al Jazeera" bildirir ki, 2023-cü ilin oktyabr ayından bəri İsrailin hava hücumları nəticəsində anklavdakı məktəblərin əksəriyyəti dağıdılıb, minlərlə ailə isə evlərini tərk edərək qaçqın vəziyyətinə düşüb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında fəaliyyət göstərən radikal Fələstin hərəkatı HƏMAS İsrailə gözlənilməz hücum təşkil edib. Sərhəd yaşayış məntəqələrinin sakinləri öldürülüb, bir çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. Hərbi toqquşmalar 2025-ci il yanvarın 19-dək davam edib. Həmin tarixdə Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında əldə edilən razılaşmaya əsasən Qəzzada atəşkəs qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31