ABŞ hökuməti USAID-də 1,6 mindən çox işçini ixtisar edir– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ hökuməti USAID-də 1,6 mindən çox işçinin ixtisarı prosesinə rəsmi şəkildə start verib. Agentliyin saytında yayılan məlumata görə, əsas rəhbərlik və kritik funksiyalara cavabdeh şəxslər istisna olmaqla, bütün birbaşa işə götürülən personal inzibati məzuniyyətə göndəriləcək.

Xaricdəki əməkdaşlar üçün tam maliyyələşdirilmiş uçuş proqramı təqdim olunacaq və diplomatik kanallardan istifadə imkanı yaradılacaq.

Xatırladaq ki, fevralın əvvəlində ABŞ prezidenti Donald Tramp USAID rəhbərliyini "radikal dəlilər" adlandırmış və qurumun fəaliyyətinin dayandırılması üçün addımlar atıldığını bildirmişdi. Ardınca Vaşinqtonda agentliyin baş ofisi bağlanıb.

Bundan əvvəl Rusiya XİN sözçüsü Mariya Zaxarova USAID-i "azğınlar üçün qaranlıq bir cəmiyyət" adlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31