Netanyahu Şarayai: İmkan verməyəcəyik!

İsrail Suriyanın yeni hakimiyyətinin Dəməşqin cənubunda hərbi mövcudluğuna icazə verməyəcək. Biz ərəb respublikasının cənub bölgələrinin tam hərbisizləşdirilməsini tələb edirik.

Olaylar.az bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu zabit kurslarının məzunları qarşısında çıxışı zamanı deyib.

"Biz "Heyət Təhrir əş-Şam"ın və ya yeni Suriya ordusunun Dəməşqin cənubundakı əraziyə daxil olmasına icazə verməyəcəyik. Suriyanın cənubunun, o cümlədən Quneytra, Dəra və Suveyda əyalətlərinin tam silahsızlaşdırılmasını tələb edirik", - o bildirib. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31