HƏMAS danışıqlardan imtina edir
24 Fevral 2025 10:03 Dünyaİsrail fevralın 22-də azad etməli olduğu bir qrup məhbusu azad edənə qədər HƏMAS vasitəçilərlə danışıqlar aparmaqdan imtina edib.
Olaylar.az xəbər verir ki, "Al Jazeera" telekanalının məlumatına görə bunu hərəkatın nümayəndəsi Mahmud Mərdavi deyib.
"Altı israilli girovun təhvil verilməsi müqabilində razılaşdırılmış məhbuslar azad edilənə qədər, vasitəçilər vasitəsilə düşmənlə heç bir danışıqlar aparılmayacaq", - bildirib. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31