Ryabkov: Ukraynada səbəbsiz atəşkəs ağır nəticələr verər– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Ukraynada atəşkəsin səbəblər aradan qaldırılmadan elan edilməsi ağır nəticələrə, o cümlədən Rusiya-ABŞ münasibətlərinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, Rusiya bu ssenariyə qarşıdır və bunu Səudiyyə Ərəbistanında amerikalı nümayəndələrlə müzakirələrdə bildirib. O vurğulayıb ki, uzunmüddətli həll yolu olmadan atəşkəsin elan edilməsi münaqişənin daha ağır nəticələrlə yenidən alovlanmasına gətirib çıxaracaq.

Diplomatın fikrincə, münaqişənin əsas səbəbləri NATO-nun genişlənməsi, Ukraynadakı dövlət çevrilişinin nəzərə alınmaması, Kiyevin Minsk razılaşmalarını yerinə yetirməməsi və rusdilli əhalinin hüquqlarının pozulmasıdır.

Xatırladaq ki, 18 fevralda Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında Ukrayna və ikitərəfli münasibətlərlə bağlı 4,5 saat davam edən görüş keçirilib. Rusiya tərəfdən Sergey Lavrov və Yuri Uşakov, ABŞ tərəfindən isə Marko Rubio, Mayk Uolts və Stiven Uitkoff iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31