Medvedev Makronu “Mikron” adlandırdı və tənqid etdi – ÖZƏL

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu "Mikron" adlandıraraq, onun Ukrayna münaqişəsi ilə bağlı ziddiyyətli açıqlamalarını tənqid edib.

Olaylar.az xəbər verir ki, bu fikirlərini o, Telegram kanalında paylaşıb.

Medvedevin sözlərinə görə, son vaxtlar Qərb ölkələri mühüm beynəlxalq məsələlərin həlli üçün strateji qeyri-müəyyənlik metoduna müraciət edirlər. "Bu barədə ekspertlər və hətta çətin taleyi olan ayrı-ayrı siyasətçilər danışır. Məsələn, Fransada haradasa çalışan qəribə bir insan var - soyadı Mikrondur", - deyə o bildirib.

Medvedevin sözlərinə görə, bu metodun mahiyyəti rəqibi çaşdırmaq üçün ziddiyyətli bəyanatlar verməkdir. Lakin o xəbərdarlıq edib ki, belə yanaşmada həddindən artıq irəli getmək və öz elektoratını aldatmaq olmaz. "Bütün vaxtı Mikron kimi danışmaq olmaz: chr("39")Fransızları ruslara qarşı döyüşə göndərəcəyikchr("39"), sonra chr("39")Yox, heç vaxt göndərməyəcəyikchr("39"), daha sonra isə chr("39")Bəlkə göndərəcəyik, amma sülhməramlı tərkibindəchr("39") demək yolverilməzdir", - Medvedev vurğulayıb.

Bundan əvvəl Makron, Ukrayna Prezidenti Vladimir Zelenskini legitim dövlət başçısı adlandırmışdı. Onun sözlərinə görə, Ukraynada prezident və parlament seçkilərinin keçirilməməsi ölkənin müharibə vəziyyətində olması ilə bağlıdır.

Bundan öncə isə Fransa lideri ABŞ Prezidenti Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərdə "zəif olmamağa" çağıracağını bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31