Qəzzada azad edilən girovlar İsrail tərəfinə təhvil verilib – ÖZƏL
22 Fevral 13:00 DünyaBeynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları Qəzza zolağında azad edilmiş iki girovu İsrail hərbçilərinə təhvil verib. Hazırda onlar İsrail ərazisinə doğru hərəkət edirlər.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bərpa olunan iki girov hazırda İsrail ərazisinə qayıdarkən İsrail Müdafiə Qüvvələrinin (IDF) xüsusi təyinatlı qüvvələri və İsrail Təhlükəsizlik Agentliyinin (ISA) əməkdaşları tərəfindən müşayiət olunur. Onlar ilkin tibbi müayinədən keçəcəklər", - məlumatda deyilir.
Günün sonuna qədər ümumilikdə altı girovun azad edilməsi planlaşdırılır. İsrailin Kan dövlət televiziyasının məlumatına görə, azad edilən ilk şəxslər 7 oktyabr 2023-cü ildə radikal Fələstin hərəkatı HƏMAS-ın İsrailə hücumu zamanı girov götürülən Tal Şoham və 2014-cü ildən Qəzzada olan Avera Menqistu olub.
Dörd girovun isə yaxın saatlarda İsrail tərəfinə təhvil verilməsi gözlənilir.