ABŞ və Rusiya arasında yeni danışıqlar baş tutacaq – ÖZƏL
12:33 DünyaABŞ və Rusiya arasında yeni danışıqlar fevralın 20-də Səudiyyə Ərəbistanında başlayacaq.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Trampın sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı məcburi deyil.
Fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ arasında yüksək səviyyəli danışıqlar keçirilib. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun sözlərinə görə, bu, uzun fasilədən sonra baş tutan ilk üzbəüz görüş olub və tərəflər əməkdaşlığın tam bərpası üçün şərait yaratmaq barədə razılığa gəliblər. Razılaşmalara əsasən, Moskva və Vaşinqton diplomatik missiyaların fəaliyyətindəki süni məhdudiyyətləri aradan qaldıracaq və Ukrayna böhranının həlli üçün yüksək səviyyəli işçi qrupları yaradacaq.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Ər-Riyadda tərəflər qlobal problemlərlə bağlı dialoqu bərpa etmək və nüvə dövlətləri olaraq məsuliyyətlərini nəzərə almaq barədə razılığa gəliblər. Gələcəkdə kosmos, energetika və digər sahələrdə əməkdaşlığın yenidən qurulması imkanları da müzakirə olunub.