Rusiyanın bu aeroportlarında uçuşlar dayandırıldı

Kazan və Nijnekamsk hava limanlarında təyyarələrin gəlişi və gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Olaylar.az rus mətbuatına istinadla xəbər verir ki, Rosaviatsiya nümayəndəsi Artem Korenyak bildirib ki, bu məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.

Məhdudiyyətlərin tətbiqi qərarı Müdafiə Nazirliyinin gecə saatlarında Rostov və Voronej vilayətləri üzərində iki pilotsuz uçuş aparatının məhv edildiyini açıqlamasından sonra verilib.

Rusiya hava limanları son dövrlərdə dron hücumları səbəbindən vaxtaşırı uçuş məhdudiyyətləri tətbiq edir.

Qeyd edək ki, Rostov vilayətində pilotsuz təyyarə hücumu cəhdinin qarşısı alınaraq, Kamensk bölgəsində neytrallaşdırılıb. Hücum nəticəsində hər hansı dağıntı və ya insan itkisi qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31