Donald Tramp: "Putin və Zelenski münaqişənin həlli üçün görüşməlidir" – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin görüşərək münaqişənin həllini müzakirə etməli olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, "Prezident Putin və Zelenski bir araya gəlməlidir", - Tramp Ağ Evdə yeni fərmanları imzalayarkən jurnalistlərə açıqlamasında deyib.

O, Ukrayna böhranının humanitar səbəblər də daxil olmaqla həllinin vacibliyini vurğulayıb: "Bu səbəbdən atəşkəsin əldə olunmasını və razılaşmanın bağlanmasını istəyirəm", - ABŞ lideri qeyd edib.

Bundan bir gün əvvəl Fox News-a müsahibəsində Tramp Zelenskini tənqid etməsinə baxmayaraq, onunla təmaslara açıq olduğunu bildirmişdi. ABŞ prezidenti Zelenski ona zəng edəcəyi təqdirdə cavab verəcəyini vəd edib. Bununla yanaşı, Tramp Zelenskinin Ukraynadakı nizamlanmaya mane olduğunu da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31