İlon Mask: "Ukrayna hökuməti həddi aşıb" – ÖZƏL

Amerikalı milyarder İlon Mask Ukraynanın Rusiya ilə münaqişədə çox irəli getdiyini bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu fikri X sosial şəbəkəsində paylaşıb.

"Ukrayna hökuməti həddi aşıb. Xəndəklərdə sonsuz ölüm yanlışdır və bunu dəstəkləyən hər kəs həm mərhəmətdən, həm də ağıldan məhrumdur", - Mask qeyd edib.

Daha əvvəl o, Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədə prezident seçkilərini qadağan etməsinə münasibət bildirib və bunun ukraynalıların Zelenskidən narazı olduğunu göstərdiyini deyib.

"Əgər Zelenski həqiqətən xalq tərəfindən sevilirdisə, seçki keçirərdi... Əslində, o, Ukrayna xalqı tərəfindən nifrət olunur, buna görə də seçkilərdən imtina edir", - Mask vurğulayıb.

Milyarderin sözlərinə görə, "Tramp düzgün qərar verərək onu (Zelenskini) görməzdən gəldi və ölmüş Ukrayna əsgərlərinin cəsədləri üzərində qurulmuş korrupsiya maşınının dəhşətinə baxmayaraq, sülhü təmin etməyə çalışdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31