Türkiyə İraqın şimalında 12 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının mənsublarına qarşı "Pəncə-Kilid" əməliyyatını davam etdirir.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bldirilib ki, ötən gün keçirilən əməliyyatda ümumilikdə 12 PKK terrorçusu zərərsizləşdirilib.

"İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində zərərsizləşdirilən 9 PKK terrorçusundan əlavə, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığımızın əməliyyatı nəticəsində daha 3 terrorçu qaçmağa macal tapmadan zərərsizləşdirilib.

Beləliklə, bölgədə zərərsizləşdirilən terrorçuların ümumi sayı 12-yə çatıb", - deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31