Tramp ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini vəzifəsindən azad edib
10:01 DünyaABŞ prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
Olaylar.az-ın məlumatına görə, bu barədə D.Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"General Çarlz Brauna ölkəmizə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi 40 ildən artıq xidmətinə görə təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir və ona və ailəsinə böyük gələcək arzulayıram", - deyə D.Tramp bildirib.
O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyni bu vəzifəyə namizəd kimi irəli sürdüyünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31