HƏMAS azad edəcəyi əsirlərin siyahısını İsrailə təqdim edib

HƏMAS hərəkatı sabah azad etməyi planlaşdırdığı əsirlərin siyahısını İsrailə təqdim edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıda 6 İsrail vətəndaşı yer alır.

Məlumata görə, onlar 7 oktyabr 2023-cü ildə əsir götürülmüş Eliya Koen, Omer Şem-Tov, Omer Venkert və Tal Şoham, və müvafiq olaraq 2014 və 2015-ci illərdən bəri HƏMAS-ın əsirliyində olan Avera Mengistu və Hişam əs-Seyiddir.

Qeyd edək ki, İsrail tərəfi hər mülki əsirə görə 30 fələstinli məhbusu, o cümlədən terrorda ittiham olunan fələstinlini sərbəst buraxır.

Xatırladaq ki, İsraillə Həmas arasında bağlanmış saziş əsasında Qəzza bölgəsində atəşkəs rejim yanvarın 19-dan etibarən atəşkəs rejimi və əsirlərin mərhələli şəkildə azad edilməsi elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31