ABŞ dövlət katibi Putin-Tramp görüşünün şərtlərini açıqlayıb - ÖZƏL
21 Fevral 16:46 DünyaRusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü Ukraynadakı münaqişənin həllindən və bu istiqamətdə irəliləyişdən asılıdır.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalist Ketrin Herriclə müsahibəsində bildirib.
"Belə görüşlər tək baş vermir. Nədən danışdığımızı və hansı nəticələri gözləyə biləcəyimizi başa düşməliyik. Görüşün vaxtı daha çox münaqişənin həllində irəliləyişə nail olub-olmamasından asılıdır", - deyə xarici siyasət idarəsinin rəhbəri bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31