Vaşinqton Kiyevə təzyiqi artırır: ABŞ Ukraynaya hərbi yardımı dayandırır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ administrasiyası Ukraynaya hərbi yardımı dondurmağa başlayıb. Rəsmi Kiyev və Vaşinqtondakı mənbələr bununla bağlı təsdiqləyici açıqlamalar verib. Bu qərarın arxasında Ukrayna rəhbərliyinə təzyiq məqsədi güddüyü bildirilir.

Ukrayna Ali Radasının müdafiə komitəsinin katibi Roman Kostenkonun sözlərinə görə, ABŞ Ukraynaya silah satışını dayandırıb və hazırda tədarük prosesinin dondurulduğunu bildirib. ABŞ Konqresində də Ukraynaya yeni maliyyə yardımı paketinin təsdiqlənməsinə maraq olmadığı vurğulanıb.

ABŞ Nümayəndələr Palatasının spikeri Maykl Conson bildirib ki, Avropa artıq müharibənin uzanmasının mənasız olduğunu anlayır və Vaşinqton da bu məsələdə mövqeyini sərtləşdirir.

Eyni zamanda, Trampa yaxın dairələr Zelenskini açıq şəkildə tənqid edərək, ona ölkəni tərk etməyi tövsiyə edib. Nyu-York Post-a danışan Tramp administrasiyasının nümayəndəsi, "Zelenski üçün ən yaxşı variant Ukraynanı dərhal tərk edərək Fransaya getməkdir" deyə qeyd edib.

Ekspertlər hesab edir ki, ABŞ-ın bu mövqeyi Kiyevin ABŞ-la nadir mineral ehtiyatlarının verilməsi ilə bağlı razılaşmadan imtina etməsi ilə bağlıdır. Zelenskinin bu məsələdə Vaşinqtona verdiyi vədi yerinə yetirməməsi Tramp administrasiyasını qəzəbləndirib.

Analitiklər qeyd edir ki, ABŞ-ın yardımı tamamilə dayandırması Ukraynanın hərbi imkanlarını zəiflədə və Zelenskinin siyasi gələcəyini daha da sual altına qoya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31