ABŞ dövlət katibi Rusiyanı qlobal nüvə dövləti adlandırıb - ÖZƏL

Rusiya əsas regionlarda nüfuzu olan qlobal nüvə dövlətidir. 

Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalist Ketrin Herricə müsahibəsində deyib .

"Biz bəzi hallarda dünyada ən böyük taktiki nüvə silahı arsenalına, ikinci, hətta ən böyük strateji nüvə silahı arsenalına malik olan ölkə ilə danışa bilməliyik".

Rubio vurğulayıb ki, Rusiyanın Suriyada , Yaxın Şərqdə, Avropada və hətta Qərb yarımkürəsində təsiri var. Dövlət katibi hesab edir ki , bu baxımdan Vaşinqton Moskva ilə əlaqə saxlamalıdır .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31