Zaxarova Kanadanın XİN rəhbərini Trampın zarafatı ilə tənqid etdi– ÖZƏL
21 Fevral 15:02 DünyaOlaylar.az xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova Kanadanın xarici işlər naziri Melani Jolini tənqid edərək, ona ABŞ-nin prezidenti Donald Trampın "Kanadanın ABŞ-yə birləşməsi" barədə zarafatını xatırladıb.
Zaxarova bildirib ki, G20-nin Cənubi Afrikadakı iclasında Joli bütün çıxışını Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə həsr edib, halbuki onun öz ölkəsi Trampın açıq şəkildə lağ obyektinə çevrilib.
"O, öz ölkəsinə dünya səviyyəsində sataşırlar, amma özü başqalarının müstəqilliyini qorumağa çalışır. Bu, artıq pis vəziyyətdə pis oyun oynamaqdır", - deyə Zaxarova qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31