ABŞ, G7 bəyanatını Rusiya ilə dialoqa mane olmaması üçün dəyişdirmək istəyir– ÖZƏI
21 Fevral 2025 13:55 DünyaOlaylar.az xəbər verir ki, New York Times" (NYT) qəzetinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası, G7 ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı birgə bəyanatının Moskva ilə Vaşinqton arasında dialoqa mane olmasının qarşısını almaq istəyir.
Mənbələr, Tramp administrasiyasının əvvəlki prezident Co Bayden dövründə yayımlanan bəyanatdan daha fərqli və qısa bir bəyanat tələb etdiyini açıqlayıb. ABŞ tərəfi, bəyanatda Rusiya Federasiyasının Ukraynadakı hərbi əməliyyatlarının "suverenlik pozuntusu" olduğu ifadəsinin çıxarılmasını da tələb edir.
Bundan əlavə, ABŞ, Ukraynadakı münaqişə başlayandan bəri BMT-də Rusiyaya qarşı heç bir etiraz etməyərək, ümumiyyətlə, layihə ilə bağlı BMT Baş Assambleyasında tərəfdaş olaraq iştirak etməyib. Bu layihə, Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını tələb edir.