ABŞ İranın nüvə silahı ilə bağlı bəyanat yayıb - ÖZƏL
21 Fevral 12:49 DünyaABŞ dövlət katibi Marko Rubio bildirib ki , Donald Trampın prezidentliyi dövründə İran nüvə silahına malik olmayacaq .
Olaylar.az xəbər verir ki , siyasətçi bu barədə jurnalist Ketrin Herriclə müsahibəsində danışıb .
"Məncə, burada heç kimin şübhəsi olmamalıdır. Trampın dövründə İran nüvə silahına sahib olmayacaq", o, əmin edib.
Bir neçə gün əvvəl Marko Rubio İsrailin baş naziri Benyamin Netanyahu ilə Qüdsdə keçirdiyi mətbuat konfransında İranı Yaxın Şərqdə qeyri-sabitliyin yeganə mənbəyi adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31