ABŞ Zelenskidən kor-koranə saziş imzalamağı tələb etdi - ÖZƏL

ABŞ maliyyə naziri Scott Bessent Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna prezidentindən kor-koranə nadir torpaq metallarına dair saziş imzalamağı tələb edib. 

Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) Ukrayna lideri ilə danışan amerikalı respublikaçı qanunvericiyə istinadən məlumat yayıb.

Bessent stolun üstündə uzanan sənədi Ukrayna prezidentinə tərəf itələyərək, Zelenskinin imzalamasını tələb edib. Ukraynalı siyasətçi də öz növbəsində nəzər salaraq komandası ilə bunu müzakirə edəcəyini bildirib. Sonra Bessent kağızı Zelenskiyə daha da yaxınlaşdırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31