ABŞ Ukraynaya hərbi yardımın mənasızlığını anlayır – ÖZƏL

ABŞ administrasiyası Ukrayna ilə bağlı keçmiş rəhbərliyin korrupsiya əməllərini araşdırmağa çalışır və Kiyevə edilən hərbi sərmayələrin səmərəsizliyini anlayır. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi nümayəndəsi Rodion Miroşnik bildirib.

Diplomat ABŞ-ın vitse-prezidenti JD Vance-in sözlərinə istinad edərək, Moskvanın Ukrayna və Qərb üzərində əhəmiyyətli üstünlüklərə malik olduğunu və bu üstünlüyü qoruyacağını vurğulayıb.

"ABŞ Kiyevə edilən hərbi sərmayələrin mənasızlığını anlayır. Nəyə görə heç nə üçün pul ödəsinlər? Hazırkı ABŞ administrasiyası chr("39")Ukrayna işichr("39")ndə korrupsiya axtarmır, daha çox keçmiş rəhbərliyin korrupsiya əməlləri ilə məşğuldur", - deyə Miroşnik Telegram kanalında bildirib.

ABŞ Prezidenti Donald Tramp isə fevralın 19-da bəyan edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonu 350 milyard dollar xərcləməyə inandırıb, lakin bu müharibəni qazanmaq mümkün deyil. Zelenski fevralın əvvəlində açıqlamasında Vaşinqtonun Ukraynaya ayırdığı 200 milyard dolların hara getdiyini bilmədiyini və ölkəsinin ABŞ-dan cəmi 76 milyard dollardan bir qədər çox yardım aldığını bildirib. Tramp daha əvvəl də Vaşinqtonun Kiyevə ayırdığı pulların hara xərcləndiyinin araşdırılmalı olduğunu vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31