Rubio: Ər-Riyadda Ukrayna üzrə ərazi məsələləri müzakirə olunmayıb– ÖZƏL
21 Fevral 2025 11:14 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında keçirilən görüşdə Ukraynadakı münaqişənin ərazi məsələləri müzakirə olunmayıb. Onun sözlərinə görə, görüşün məqsədi münaqişənin sülh yolu ilə həllinə marağın olub-olmadığını müəyyənləşdirmək idi. Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts qeyd etmişdi ki, Rusiya və ABŞ-nin bu məsələdə maraqları üst-üstə düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31