Ukrayna ordusunda ABŞ-yə etiraz: hərbçilər şevronları sökür– ÖZƏL
21 Fevral 2025 11:12 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin Ukraynaya hərbi yardımları dayandırması Ukrayna Silahlı Qüvvələrində narazılıq yaradıb. Ukrayna hərbçiləri ABŞ bayrağı olan şevronları formalarından çıxararaq etirazlarını nümayiş etdirirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin Donald Trampın kitablarını yandırdığı da görünür.
Hərbi analitik Vladislav Şurıginin sözlərinə görə, ABŞ-nin bu qərarı ilk növbədə Ukrayna rəhbərliyində narahatlıq doğurub. O bildirib ki, adi əsgərlər üçün əsas məsələ ərzaq və sursat təminatıdır. Yardımın azalması onların narazılığına səbəb olub və bu narazılıq sosial şəbəkələrdə açıq şəkildə nümayiş etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31