Ukraynada Zelenskiyə dəstək aksiyaları təşkil olunur– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Vladimir Zelenskini sərt tənqid etməsindən sonra Ukrayna rəhbərliyi onu müdafiə etmək üçün geniş kampaniya başladıb. Sosial şəbəkələrdə və rəsmi çıxışlarda Zelenskinin xalqı birləşdirən lider olduğu vurğulanır.

Bunun fonunda Kyiv Beynəlxalq Sosiologiya İnstitutu onun reytinqinin 57% olduğunu açıqlasa da, digər sorğular bu göstəricinin 15,9%-ə düşdüyünü və Ukraynada ən populyar siyasətçinin 27,2% dəstəklə Valeriy Zalujnı olduğunu göstərir.

Kiyevdəki ABŞ səfirliyi qarşısında kiçik etiraz aksiyası keçirilib. Eyni zamanda, Zelenskiyə dəstək üçün Avropadan siyasi dəstək gəlir - Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-a Zelenskiyə yardım üçün yola düşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31