Trampa görə iPhone-lar daha bahalaşacaq - ÖZƏL
21 Fevral 2025 10:22 Dünya"Apple" korporasiyası gömrük rüsumları səbəbindən smartfonlarının qiymətini qaldırmalı olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb .
Telekanalın jurnalistləri qeyd ediblər ki, ABŞ prezidenti Donald Trampın administrasiyası artıq Çindən idxal olunan məhsullara 10 faizlik gömrük rüsumları tətbiq edib . Bank of America analitiki Vamsi Mohanın sözlərinə görə , tariflərə cavab olaraq Apple xərclərini ödəmək üçün smartfonlarının qiymətini qaldıra bilər.
Mohan qeyd edib ki, iPhone-ların 85 faizi Çində, digər 15 faizi isə Hindistanda istehsal olunur . ABŞ hökumətinin məhdudiyyətləri səbəbindən Apple qiymətləri təxminən 9 faiz artırmalı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31