“Onlar pulu borc verir, biz yox”

"Avropa Ukraynaya zəmanət altında, borc pul verir. Onu geri alacaqlar. ABŞ isə verdiyi pulları geri almayacaq".

Olaylar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Mayamidə investisiya forumunda çıxışı zamanı bildirib.

O əlavə edib ki, Ukrayna hakimiyyəti nadir torpaq elementlərinin işlənməsinə dair razılaşmanı pozub: "Bizim nadir torpaqlara və bütün bunlara əsaslanan müqaviləmiz var idi və onlar bu sövdələşməni pozdular".

Qeyd edək ki, Tramp jurnalistlərə açıqlamasında nadir torpaq metallarının tədarükü müqabilində Ukraynaya yardımı davam etdirəcəyini bildirmişdi. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31